30 
Dek
2022
17:56
27
187
4034
Virtual karabakh

Qısqandığı sevgilisini bıçaqlayıb öldürdü - Bakıdakı qətlin təfərrüatı

30 Dek, 2022
17:56
4034

Qısqandığı sevgilisini bıçaqlayıb öldürdü - Bakıdakı qətlin təfərrüatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirli bilinən Sərxan Məmmədovun cinayət işi üzrə təfərrüat məlum olub.

Ölkə.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib. 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu, 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində beş bıçaq zərbəsi vurub. Nəticədə P.İsmayılova ölüb.

Həmin gecə Sərxan Məmmədov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. 

Binəqədi Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan Məmmədov bildirib ki, Pərvanə İsmayılova ilə 2019-cu ildə tanış olub. Aralarında yaxın münasibət yaranıb. Bir müddət qadının kirayədə qaldığı evdə birlikdə yaşayıblar. Amma təxminən iki aydan sonra mübahisələri yarandığından ayrılıblar. 

Noyabrın 10-da dostu Cabirin vasitəsilə Pərvanə ilə barışıb və Binəqədi qəsəbəsində kirayədə yaşayıblar. 

Bir müddət sonra Pərvanə ona birgə yaşamaq istəmədiyi haqda mesaj göndərib. 

Sərxan axşam evdən mətbəx bıçağını götürüb “Bilyard” çay evinə yollanıb. Onun sözlərinə görə, məqsədi qadınla barışmaq olub. Obyektdən əvvəl Cabir, sonra isə Pərvanə çıxıb. Onu öldürəcəyini deyib cibindəki bıçağı çıxarmaq istəyəndə Cabir ona mane olmağa çalışıb. Buna baxmayaraq, Sərxan qadına beş bıçaq zərbəsi endirib. 

Hadisədən sonra qaçıb, bıçağı zibil yeşiyinə tullayıb. 

Məhkəmə prosesi zamanı Sərxan Məmmədov özünü qismən təqsirli bilib. Məhkəmənin hökmü ilə Sərxan Məmmədov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri