Yan
2023
11:00
9
209
1447
Virtual karabakh

18 aylıq balaca Nurayın atası: “Övladımı itirməkdən çox qorxuram” - FOTO

5 Yan, 2023
11:00
1447

18 aylıq balaca Nurayın atası: “Övladımı itirməkdən çox qorxuram” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 yaş 6 aylıq İsgəndərova Nuray Rizvan qızı ürək əməliyyatı olunmalıdır.

Bu barədə Oxu.Az-a onun atası İsgəndərov Rizvan məlumat verib. 

O bildirib ki, övladı ikinci dəfə əməliyyat olunmalıdır:

“Nuray doğulandan bu problemdən əziyyət çəkir. Ağlaya bilmirdi, çətinlik çəkirdi, həkim müayinə etdikdən sonra qızıma “Təcili əməliyyat olunmalıdır” dedi. İlk açıq ürək əməliyyatı beş aylığında oldu. İndi yenidən əməliyyat olmalıdır. Nurayın “Glenn” əməliyyatı olması üçün 25 000 manata ehtiyac var. Sizin yardım paylaşımı və dost tanışın dəstəyi ilə 21 000 manat toplaya bilmişik. Amma hələ 4 000 manatımız çatmır. Əməliyyat etdirmək üçün gecikirik. Nuray boğulur, çətinlik çəkir. Övladımı itirməkdən çox qorxuram. Xalqımızdan qızıma kömək etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə üçün: 051 506 62 35

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri