30 
Dek
2022
15:50
77
117
1630
Virtual karabakh

Polis gücləndirilmiş iş rejiminə keçir

30 Dek, 2022
15:50
1630

Polis gücləndirilmiş iş rejiminə keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda polis bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının keçiriləcəyi günlərdə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, rahat və maneəsiz istirahət etmələri, eləcə də onların bayram ovqatlarının pozulmaması üçün Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcək.

Həmin günlərdə polis əməkdaşları ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri məkanlarda, xüsusən bayram tədbirlərinin keçiriləcəyi ərazilərdə təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədilə zəruri olan tədbirləri həyata keçirəcəklər”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri