Yan
2023
11:10
14
355
1477
Virtual karabakh

Leykozdan əziyyət çəkən Rəhimin anası: “Evimizi satdıq, amma əməliyyat pulumuz hələ də çatmır” - FOTO

2 Yan, 2023
11:10
1477

Leykozdan əziyyət çəkən Rəhimin anası: “Evimizi satdıq, amma əməliyyat pulumuz hələ də çatmır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 yaşlı Rəhim Ağazadə leykoz xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Nahidə Ağayeva məlumat verib.

O bildirib ki, oğlunun əməliyyatı üçün 3 000 manatları çatmır.

“Rəhim dörd ildir ki, leykozdan əziyyət çəkir, donoru Türkiyədə tapılıb. Əməliyyatı üçün 80 000 manata ehtiyac var idi. Biz Cəlilabadda yaşayırdıq. Oradakı evimizi 42 000 manata satdıq, qalan məbləği isə qohumlar, dost-tanış və sizin sayənizdə düzəldə bildik. Cəmi 3 000 manatımız çatmır”.

Nahidə Ağayeva bildirib ki, oğlu yanvarın 4-də Türkiyədə olmalıdır:

“Əslində, həkim bizə dekabrın 10-u üçün vaxt vermişdi, amma pulu toplaya bilmədik. İndi isə yanvarın 4-də gəlməyimizi deyib. Rəhimin vəziyyəti günü-gündən pisləşir. Mənim bu həyatda Rəhimdən başqa heç kimim yoxdur. Onun sağalmağı üçün hər şeyə hazıram. İmkanı olan şəxslərdən mənim balama kömək etmələrini xahiş edirəm. Balamın həyatda qalmağı üçün cəmi 3 000 manata ehtiyacı var. Yalvarıram, mənim həyatdakı tək varlığımın, oğlumun sağlamlığına qovuşması üçün bizə dəstək olun”.

Ailə ilə əlaqə üçün: 050 874 90 79

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri