Yan
2023
23:17
16
297
2569
Virtual karabakh

Masallıda qaz sızmasından partlayış olub, xəsarət alan var - YENİLƏNİB + FOTO

3 Yan, 2023
23:17
2569

Masallıda qaz sızmasından partlayış olub, xəsarət alan var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda fərdi yaşayış evində qaz sızmasından partlayış olub.

APA-nın məlumatına görə, hadisə Qəriblər kəndində, 1965-ci il təvəllüdlü Bayram İbadulla oğlu Bəşirova məxsus ikimərtəbəli evdə baş verib.

Ev sahibinin yoldaşı 1961-ci il təvəllüdlü Yasəmən Kamil qızı Bəşirova qaz sobasını yandırarkən anidən partlayış baş verib və yanğın olub.

O, təcili tibbi yardım avtomobili ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, yanğın evin 2-ci mərtəbəsindən başlayıb.

Faktla bağlı araşdırma aparılır.

19:56

Masallıda xəsarətlə nəticələnən yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Rayonun Qəriblər kəndində ümumi sahəsi 288 kvadratmetr (hər mərtəbəsi 144 kvadratmetr) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri