Yan
2023
17:09
20
248
2717
Virtual karabakh

Qarpıza görə arvadını döyən şəxs: “Təpiklə ayağına bir neçə dəfə vurdum”

4 Yan, 2023
17:09
2717

Qarpıza görə arvadını döyən şəxs: “Təpiklə ayağına bir neçə dəfə vurdum”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda 1981-ci il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Nərminə (adlar şərti verilib - red.) xəsarət yetirib. 

Demokrat.az xəbər verir ki, hadisə ötən ilin 14 iyulunda baş verib.  

Daşqın həmin gün saat 16:30-da Nərminlə yaşadıqları həyət evində mübahisə edib. Mübahisə zamanı o, Nərmini döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildə Nərminlə rəsmi olaraq boşanıb: “Lakin hazırda bir evdə yaşamağa davam edirik. Bizim iki övladımız var. Ailənin maddi ehtiyaclarını yenə də özüm ödəyirəm”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü yaşadığı evə gələrkən görüb ki, evin qarşısında bir avtomobil dayanıb: “Evin qapısına çatdıqda isə həyətdən bir nəfər şəxsin çölə çıxdığını gördüm. Həmin şəxsə yaxınlaşdım və ondan kim olduğunu, nə üçün evimə gəldiyini soruşdum. Həmin tanımadığım şəxs Nərminin iş yerindən evə qarpız göndərdiyini və onu gətirdiyini bildirdi. Həmin şəxdən daha heç nə soruşmadım və evə keçdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, saat 16:00 radələrində Nərmin evə gəlib. 

Nərminə nə üçün tanımadığımız adam ilə evə qarpız göndərdiyini, lazım gələrdisə, gedib qarpızı özümün götürə biləcəyimi söylədim: “Bu sözdən sonra Nərminlə aramızda sözlü mübahisə baş verdi. Mübahisənin gedişatında çox əsəbiləşdim. Həmin vaxt Nərminin acıqlı sözlərlə danışması məni özümdən çıxardı. Bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirdim, təpiklə ayağına bir neçə dəfə vurdum. Aramızda olan mübahisə sona çatdıqdan sonra Nərmin polisə şikayət etmək üçün zəng etdi”.

Zərərçəkmişin sözlərinə görə, hadisə günü, saat 16 radələrində keçmiş həyat yoldaşı Daşqınla aralarında sözlü mübahisəsi yaranıb: “Daşqın məni təhqir edərək əl və ayaq zərbələri ilə bədənimin qol, sinə, kürək hissəsinə, təpiklə sol ayaq nahiyəmə vuraraq xəsarətlər yetirdi. Daşqın məni dəfələrlə döyüb və təhqir edib. Əvvəllər də Daşqının məni döyməsi səbəbindən polisə müraciət etmişəm. Buna görə də məhkəmə qərarı ilə o tutulub. Daşqının məhkəməyə verilməsinə baxmayaraq, hazırda da məni döyüb, öldürməklə hədələyir”. 

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqın beş ay müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri