Yan
2023
13:32
14
181
1259
Virtual karabakh

Naxçıvanda sərxoş motosikletçi qəza törətdi: Xəsarət alan var - VİDEO

6 Yan, 2023
13:32
1259

Naxçıvanda sərxoş motosikletçi qəza törətdi: Xəsarət alan var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Azərbaycan məhəlləsi və Qaraçux kəndi istiqamətində dairəvi yolun kəsişməsində baş verib.

Belə ki, hadisə zamanı Məmmədov Asim Məmməd oğlunun idarə etdiyi motosiklet Hüseynov Niyaməddin Yusif oğluna məxsus “Nissan Sunny” markalı minik avtomobili ilə toqquşub. Araşdırmalara görə, hadisəyə səbəb Asim Məmmədovun içkili olması və yol hərəkəti qaydalarının tələblərini pozması olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri