Yan
2023
21:13
157
304
4794
Virtual karabakh

Astara rayon sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxslər saxlanılıb - YENİLƏNİB + VİDEO

7 Yan, 2023
21:13
4794

Astara rayon sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxslər saxlanılıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara rayon sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxslər saxlanılıb.

Məlum olub ki, rayon sakinləri Rəşad Bağırov, əvvəllər məhkum olunmuş Anar Əliyev, Asif Əliyev və Yusif Kərimov Astara şəhər sakini olan Rzayevi yaşadığı evin qarşısında avtomobilə əyləşdirərək Rəşad Bağırovun yaşadığı evə aparıblar.

Orada zərərçəkmişi döyən dəstə üzvləri ondan hədə-qorxu yolu ilə 10 min manat pul tələb ediblər. Daha sonra isə həmin məbləği gətirməsi üçün sərbəst buraxıblar.

Yaşadığı evə gələn zərərçəkmiş öz tanışı Astara rayon sakini Rəşad Məlikova zəng vuraraq krimina aləmə yaxın şəxslər tərəfindən ondan pul tələb edildiyini bildirib.

Rəşad Məlikov tanışından hədə-qorxu yolu ilə pul tələb edən şəxslərlə danışaraq gecə saat 5 radələrində Astara şəhər ərazisində görüş təyin edib. Və bu zaman onları qorxutmaq məqsədilə özü ilə gətirdiyi ov tüfəngindən bir neçə dəfə atəş açıb.

Həmin şəxslər dərhal hadisə yerindən uzaqlaşsalar da, qısa zamanda polis əməkdaşları tərəfindən saxlanılıblar.

DİN-in mətbuat xidmətinin əməkdaşı Məhəmməd Rzayev bildirib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Saxlanılan Rəşad Bağırov, Anar Əliyev, Asif Əliyev, Yusif Kərimov və Rəşad Məlikov barəsində məhkəmənin qərarı ilə həbs qətiimkan tədbiri seçilib.

15:08, 6 yanvar

Yanvarın 5-də Astara Rayon Polis Şöbəsinə (RPŞ) şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəşi açmaqda şübhəli bilinən rayon sakinləri R.Məlikov və əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıblar. R.Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, A.Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Vəliyevin, A.Əliyevin və Y.Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi BMW avtomobildə sonuncunun evinə aparmalarını, orada onu döyərək 10 000 manat pul gətirməsini tələb etmələrini və pulu gətirməsi üçün saat  2 radələrində onu buraxmalarını bildirib. 

Keçirilən tədbirlərlə A.Vəliyev, A.Əliyev, Y.Kərimov və R.Bağırov saxlanılıblar. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Astara RPŞ tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri