Yan
2023
16:16
223
16
3782
Virtual karabakh

Əli Həsənovun kadrı Naxçıvanda məhkəməyə verildi - FOTO

6 Yan, 2023
16:16
3782

Əli Həsənovun kadrı Naxçıvanda məhkəməyə verildi - FOTO

“Ziraat Bank Azərbaycan” ASC Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq sektor müdiri Bəhruz Həsənovu məhkəməyə verib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, buna səbəb Bəhruz Həsənovun banka olan kredit borcunu ödəməməsi olub.

İş birinci instansiya mərhələsində baxıldıqdan sonra Naxçıvan Ali Məhkəməsinə göndərilib. İddiaya hakim Mehman Allahverdiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bəhruz Həsənov Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənova yaxın şəxslərdən olub. Ə.Həsənov vəzifəsindən azad edildikdən sonra B.Həsənov onu tənqid edənlərə qarşı mediada bir sıra çıxışlar edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri