11 
Yan
2023
11:04
8
181
3264
Virtual karabakh

Çörəkdə tük, limonadda fosfor turşusu? - Sisteinə kim icazə verir? + AÇIQLAMA + FOTO

11 Yan, 2023
11:04
3264

Çörəkdə tük, limonadda fosfor turşusu? - Sisteinə kim icazə verir? + AÇIQLAMA + FOTO

“Çörək istehsalçıları ağ una müxtəlif qatqılar əlavə edərək onun rəngini tündləşdirib, qara çörək hazırlayırlar. Bu çörəklər qara undan deyil”. 

Bu barədə sağlam qida təbliğatçısı Asim Vəliyev açıqlama verib.

Onun sözlərinə görə, unun rəngini dəyişmək, çörəyin piştaxtada tez boyatlaşmasının qarşısını almaq üçün sistein qatqı maddəsindən istifadə olunur:

“Bu, tükdən əldə edilir. Çində istehsal olunubsa, bu maddə insan tükündən alınır. Avropada isə qaz və donuz tükündən əldə olunur. Eləcə də unun çox ağardılması üçün təhlükəli maddələrdən istifadə edilir”.

Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub, ajiotaj yaradıb: insanlar yedikləri çörəyin ununa tük qatılıb-qatılmadığı barədə düşünürlər.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən qida üzrə mütəxəssis Ağa Salmanovun sözlərinə görə, Azərbaycana idxal olunan unun tərkibində sistein maddəsi yoxdur:

“Azərbaycanda bunu ilk dəfə mən demişəm. Məndən öncə heç bir mütəxəssis deməyib. Təlaş yaratmaq olmaz. Sistein heyvan və insan tükündən əldə olunan qatqı maddəsidir. Və bu Çinə aiddir, bizə aid deyil. Sisteini Çin qatqı maddəsi olaraq unun tərkibində istifadə edir. Amma görün nə qədər ölkə sistein tərkibli undan imtina edir, qəbul etmir. Bizə də idxal olunan unun tərkibində həmin maddə yoxdur. Bunu ajiotaj yaradacaq şəkildə yaymaq düzgün deyil.

Laboratoriyada yoxlamadığımız unun tərkibində sistein olduğunu iddia edə bilmərik. Bu ancaq laboratoriya şəraitində analiz olunur. Ölkədə icazə verilən və verilməyən qatqı maddələri var. Zərərli olduğu üçün qadağa edilir”.

A.Salmanov qeyd edib ki, qatqı maddələri insanda bir çox xəstəlikləri yarada bilər:

“Hər zaman deyilir ki, kolbasadan uzaq durun. Çünki tərkibində qatqı maddəsi olan nitrat var. O da orqanizmdə yığılanda xərçəng xəstəliyi yarada bilər. Una sistein xarab olmaması üçün vurulur. Sistein unun keyfiyyətini yaxşılaşdırmaq və ömrünü uzatmaq üçün lazımdır. Unu nəmişlikdən qoruyur. 

Ümumiyyətlə, bütün qatqı maddələrinin ziyanlı tərəfləri var. Amma dozanı aşmamaq lazımdır. Limonadlara “şellak” qatılır. Orada fosfor turşusu var - yaşlılarda sümüyü əridir, uşaqlarda sümük inkişafını dayandırır. Fosfor turşusuna görə limonadları çox içməmək məsləhət görülür.

Enerji içkiləri də tövsiyə edilmir. Gün ərzində bir şüşə içmək olar. İkinci və üçüncünü içəndə artıq vərdişə çevrilir. Ürək qan-damar sistemi sıradan çıxır. Ürək zəifləyir. Mədə-bağırsaq sistemi sıradan çıxır.

Doza hədləri var. Qatqı maddələri əgər bir qidaya vurulursa, icazə verilən doza həddi aşılmamalıdır”.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat qeyri-ciddidir:

“İddia edilən məsələ ilə bağlı əgər hansısa bir əmtəə nişanında, çörək istehsalı müəssisəsində, satış şəbəkəsində fakt varsa, xahiş edirik ki, agentliyə təqdim etsinlər. AQTA həmin məlumatları dərhal nəzarətə götürərək araşdıracaq”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri