Yan
2023
00:50
14
254
3608
Virtual karabakh

Ziya Bünyadov prospektində ağır QƏZA: Xəsarət alanlar var - FOTO

7 Yan, 2023
00:50
3608

Ziya Bünyadov prospektində ağır QƏZA: Xəsarət alanlar var - FOTO

Bakıda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində - Ayna Sultanova körpüsündə qeydə alınıb.

“20 Yanvar” istiqamətində yüksək sürətlə hərəkət edən “Volkswagen” markalı avtomobil işıq dirəyinə dəyərək yolun əks istiqamətinə düşüb. Nəticədə işıq dirəyi əyilib. İdarəetməni itirən avtomobilin sürücüsü digər eyni markalı avtomobilə və “Opel” markalı minik maşınına çırpılıb. Hər üç avtomobilə zərər dəyib.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Yol infrastrukturuna ziyan dəyib. Əraziyə Dövlət Yol polisi əməkdaşları cəlb edilib. Avtomobillər hadisə yerindən uzaqlaşdırılıb.

Qəza nəticəsində prospektin hər iki istiqamətində tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri