Yan
2023
17:17
36
183
3617
Virtual karabakh

Respublika yollarındakı son vəziyyət AÇIQLANDI - YENİLƏNİB

9 Yan, 2023
17:17
3617

Respublika yollarındakı son vəziyyət AÇIQLANDI - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 17:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.

Bildirilib ki, Zəfər yolunda zəif qar yağır, 4-6 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Toğanalı - Kəlbəcər - İstisu yolunda yağıntı yoxdur, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. Ömər aşırımına doğru yüksəkliyə qalxdıqca 10-15 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.

Bakı - Quba yolunun Quba rayonundan keçən hissəsində zəif qar yağır, Qusar rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gün ərzində yol qardan təmizlənmiş, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 6-7 dərəcə şaxta var

Giləzi - Xızı yolunun Xızı rayonundan keçən hissəsində qar yağır. Gün ərzində yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan yolunda qar yağır, yolda qar yoxdur. Gün ərzində yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Qobustan rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı – Muğanlı yolunda qar yağır, gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax yolunda qar yağır, gün ərzində yol qardan təmizlənib, Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı yolunda qar yağır, hazırda 4-6 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda qar yağır, Qəbələ rayonu ərazisində 2-3 dərəcə, İsmayıllı rayonu ərazisində 4-6 şaxta var. Gün ərzində yolun qardan təmizlənməsi, körpülərdə və yolun meşə zolağından keçən hissələrində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Qəbələ - Oğuz - Şəki hissəsində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Yevlax - Şəki - Qax – Zaqatala yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolunun Gədəbəy rayonu ərazisindən keçən hissəsində qar yağır 7-8 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən yolunda yağıntı yoxdur 7 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt – Astara yolunda qar yağır, yolun Biləsuvar-Astara hissəsində yolun qardan təmizlənməsi işləri aparılır və qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı - Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Hərəkəti təmin olunub.

Lənkəran - Lerik yolunun Lerik rayonu ərazisindən keçən hissəsində zəif qar yağır, 8-9 dərəcə şaxta var. 20 sm qar yağmış, yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunub.

Bakı - Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul - Bəhramtəpə - Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11:54

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) respublikanın əsas avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

Bildirilib ki, Zəfər yolunda qar yağır, 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi üçün və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Toğanalı - Kəlbəcər - İstisu yolunda qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. Ömər aşırımına doğru yüksəkliyə qalxdıqca 15-18 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb.

Bakı - Qobustan yolunda qar yağır, marşrut boyu 2-8 dərəcə şaxta müşahidə olunur. Hava küləklidir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Şabran, Quba və Qusar rayonları ərazisində 5-6 sm qar yağıb, hazırda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax yolunda qar yağır, Ağsu dolaylarında yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Muğanlı ərazisində 4-5 dərəcə şaxta var. Ağsu dolaylarında şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı - Ələt - Hacıqabul yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul - Ucar - Yevlax yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı yolunda qar yağır, 6-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda qar yağır, yolun İsmayıllı - Qəbələ hissəsində buzlaşma əmələ gəlib. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. 5-7 dərəcə şaxta var. Yolun Qəbələ-Oğuz-Şəki hissəsində zəif qar yağır, körpülərdə və yolun meşə zolağından keçən hissələrində əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda hərəkət təmin olunub.

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq) yolunda qar yağır, yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Marşrut boyu 1-2 dərəcə şaxta var.

Gəncə - Daşkəsən - Xoşbulaq yolunda marşrut boyu qar yağır, 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolunda marşrut boyu qar yağır, 10-11 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi yolunda qar yağır, yolun Biləsuvar-Astara hissəsində yolun qardan təmizlənməsi işləri aparılır və qum-duz səpilir. 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı - Yardımlı yolunun Yardımlı rayonundan keçən hissəsində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran - Lerik yolunun Lerik rayonundan keçən hissəsində zəif qar yağır, 7-8 dərəcə şaxta var. 20 sm qar yağıb, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Hacıqabul - Bəhramtəpə - Horadiz yolunda zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi - Xızı yolunun Xızı rayonundan keçən hissəsində güclü qar yağır. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb. Yağıntı davam edir marşrut boyu 5-7 dərəcə şaxta var. Sürücülərə şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı yolunda qar yağır, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb. Marşrut boyu 6-8 dərəcə şaxta müşahidə olunur. Hava küləklidir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri