10 
Yan
2023
18:23
18
154
1721
Virtual karabakh

“Azərenerji”dən işğaldan azad edilən ərazilərdə yaranmış problemlə bağlı AÇIQLAMA

10 Yan, 2023
18:23
1721

“Azərenerji”dən işğaldan azad edilən ərazilərdə yaranmış problemlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son günlər havaların kəskin soyuması, nəticədə çovğunla müşahidə edilən qar yağması və buzlaşma ilə əlaqədar ölkənin əsasən dağlıq istiqamətlərində, o cümlədən işğaldan azad edilən bəzi rayonlarında elektrik verilişi xətlərində müəyyən problemlər ortaya çıxıb”.

Bu barədə “Azərenerji” ASC-nin məlumatında deyilir.

Bildirilir ki, Xızı, Qəbələ, Ağsu, Yardımlı rayonları ilə yanaşı, “Kəlbəcər” xəttinin Daşkəsən istiqamətindəki Alaxançallı kəndində, “Qubadlı-Laçın” xəttinin Güləbird və “Şuşa” xəttinin Boyük Tağlar kəndlərindən keçən buzlaşmış hissələrində də problemlər yaranıb. Bu və digər ərazilərin elektrik enerjisi ilə təmin olunmaları üçün “Azərenerji” ASC bütün imkanlarını səfərbər edib.

“Qeyd olunmalıdır ki, kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, qarın qalınlığı bəzi ərazilərə texnikanın çıxarılmasını çətinləşdirir. Buna baxmayaraq, probleminin həlli istiqamətində ciddi addımlar atılıb və atılır”, - deyə qurumdan bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri