10 
Yan
2023
22:38
17
287
2128
yuxarı
Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən yük qatarında yanğın olub
10 Yan, 2023
22:38
2128
17
287
Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən yük qatarında yanğın olub
“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Saatlı şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda 300 kvadratmetr sahədə taxta şpal yanıb.
Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək