11 
Yan
2023
13:20
189
18
2073
Virtual karabakh

Qarlı havadan istifadə edərək ölkəyə külli miqdarda narkotik keçirən şəxs tutuldu - FOTO/VİDEO

11 Yan, 2023
13:20
2073

Qarlı havadan istifadə edərək ölkəyə külli miqdarda narkotik keçirən şəxs tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək qanunsuz yollarla ölkə ərazisinə 24 kiloqram narkotik vasitə keçirən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Yardımlı rayon sakini Vüsal Vəliyev saxlanılıb.

Onun sərnişin kimi əyləşdiyi avtomobildən ümumilikdə 24 kiloqram narkotik vasitə, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək və 6 kiloqram marixuana aşkar olunub. İlkin sorğu zamanı Vüsal Vəliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan Nehmət adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs yaşadığı Yardımlı rayonunun Mirimli kəndinin mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək külli miqdarda narkotiki qaçaqmalçılıq yolu ilə əldə edib. Onun əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə Avropa ölkələrinə göndərmək olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Vüsal Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri