11 
Yan
2023
16:48
87
48
1545
yuxarı
Prokurorluq orqanlarında rəhbər vəzifədə işləyən qadınların sayı AÇIQLANDI
11 Yan, 2023
16:48
1545
87
48
Prokurorluq orqanlarında rəhbər vəzifədə işləyən qadınların sayı AÇIQLANDI
Prokurorluq orqanlarında işləyən 85 nəfər qadın əməkdaşın 56-sı 2002-2019-cu il ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 29-u isə 2020-2022-ci ildə keçirilmiş 3 müsabiqənin nəticəsində işə qəbul edilib.
Bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində məlumat verib.
Baş prokuror qeyd edib ki, hazırda prokurorluq orqanlarında rəhbər vəzifədə işləyən 9 qadın işçidən Baş Prokurorluqda 1 idarə rəisi, 3 idarə rəisinin müavini, 1 şöbə rəisi, həmçinin 1 Bakı şəhər prokurorunun böyük köməkçisi, 2 rayon prokuroru və 1 rayon prokurorunun müavini vəzifəsində işləyir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək