13 
Yan
2023
12:20
112
36
1600
Virtual karabakh

Daşkəsəndə qanunsuz saxlanılan ov silahları müsadirə edilib - FOTO

13 Yan, 2023
12:20
1600

Daşkəsəndə qanunsuz saxlanılan ov silahları müsadirə edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Çovdar kənd sakinləri Eytibar Abdullayev, Zabil Sadıqov və Coşqun Mikayılovdan TOZ markalı 16 kalibrli, Qabaqtəpə kənd sakini Elşən Qasımovdan isə 20 kalibrli, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edərək götürüblər.

Keçirilən digər tədbirlər nəticəsində isə vətəndaşdan səkkiz ədəd əl qumbarası, 200 ədəd “Kalaşnikov” pulemyotuna məxsus 7.62 mm-lik patron, bir ədəd avtomat darağı və 365 ədəd “Kalaşnikov” avtomatına məxsus 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Bundan başqa, şöbə əməkdaşlarının vətəndaşlar arasında apardıqları mütəmadi profilaktiki söhbətlərin nəticəsində rayon sakini Elfaq Abbasov babasından qalma iki ədəd müvafiq sənədləri olmayan ov tüfəngini polisə könüllü təhvil verib.

Aşkar edilən müxtəlif marka və kalibrli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri