13 
Yan
2023
12:38
111
36
6527
Virtual karabakh

Sabahın hava proqnozu AÇIQLANDI

13 Yan, 2023
12:38
6527

Sabahın hava proqnozu AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri