13 
Yan
2023
13:48
419
19
6436
Virtual karabakh

Nəcməddin Sadıkovun yaxın adamı hakim qarşısına çıxarılır

13 Yan, 2023
13:48
6436

Nəcməddin Sadıkovun yaxın adamı hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində istintaq yekunlaşıb.

“Report”un əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

İstintaq dövründə onun MN-in bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq rüşvət aldığı üzə çıxıb.

İstintaq materiallarına əsasən, Z.Niftəliyevin vəzifədə olan zaman əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olub.

Z.Niftəliyevin cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan baş zabit həm də Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri