14 
Yan
2023
16:14
156
20
2755
Virtual karabakh

Gəncə polisindən əməliyyat: Siqnal tapançasından odlu silah düzəldən saxlanıldı - FOTO/VİDEO

14 Yan, 2023
16:14
2755

Gəncə polisindən əməliyyat: Siqnal tapançasından odlu silah düzəldən saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 1-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Məmmədov şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd atəşə yararlı “SPŞ” markalı siqnal tapançasından kustar üsulla hazırlanmış odlu silah və bir ədəd boş giliz aşkar edilərək götürülüb.

Baş İdarənin 3-cü Polis Bölməsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Şəhər sakini, əvvəllər məhkum olunmuş Elmar Həsənovun yaşadığı evə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman bir ədəd qoşalülə, qundağı və lüləsi kəsilmiş, 16 kalibrli ov tüfəngi aşkarlanıb. 

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri