17 
Yan
2023
10:12
12
115
3010
Virtual karabakh

Yolda uzanan piyadanın üzərindən avtomobil keçdi - FOTO/VİDEO

17 Yan, 2023
10:12
3010

Yolda uzanan piyadanın üzərindən avtomobil keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunda magistral yolun üzərində uzanan adamı avtomobil vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Novruzov Yaşar Ramiz oğlu yola çıxaraq avtomobillərin hərəkət zolağında uzanıb.

Həmin vaxt naməlum avtomobil Y.Novruzovun üzərindən keçərək onu öldürüb.

Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri