17 
Yan
2023
11:44
136
7
1833
Virtual karabakh

Xaçmazda narkokuryerlik edən dəstə üzvləri saxlanılıblar - FOTO

17 Yan, 2023
11:44
1833

Xaçmazda narkokuryerlik edən dəstə üzvləri saxlanılıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılmasında şübhəli bilinən rayon sakinləri Serqey Yudin və Elmar Siracov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və avtomobilinə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana, 1,5 kiloqram heroin və 98 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə Etibar Talıbov və Natiq Mütəllimov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman yarım kiloqramdan çox marixuana, heroin və 9 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxsin barəsində həbs qətimkan tədbiri, Natiq Mütəllimovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri