17 
Yan
2023
13:00
146
16
4003
Virtual karabakh

Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

17 Yan, 2023
13:00
4003

Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə APA-ya sənətçinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.

Onun sözlərinə görə, Xalq artistinin səhhəti yaxşılaşmağa doğru gedir.

“Müalicələr davam etdirilir. Hazırda xəstəxanadadır. Hələlik evə buraxılması barədə həkimlər bir söz demir. Amma əvvəlkinə baxanda yaxşıdır”, - o vurğulayıb.

Qeyd edək ki, Aftandil İsrafilov ötən ilin dekabrının 2-də xəstəxanaya yerləşdirilib. O, bundan öncə də kəskin plevrit səbəbi ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra yaxşılaşaraq evə buraxılmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri