17 
Yan
2023
18:30
23
341
4643
Virtual karabakh

Daxmada 40 yaşlı xəstə övladı ilə yaşayan qadın və oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTOREPORTAJ

17 Yan, 2023
18:30
4643

Daxmada 40 yaşlı xəstə övladı ilə yaşayan qadın və oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial Xidmətlər Agentliyi baxımsız vəziyyətdə olan daxmada yaşayan ana və oğlu ilə bağlı açıqlama verib.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Hövsan qəsəbəsində çətin həyat şəraitində yaşadığı bildirilən ana və oğlu barəsində məlumat daxil olduğu andan agentliyin əməkdaşları əraziyə göndərilib.

“Ailənin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi həyata keçirilib. Yelena xanımın və oğlunun səhhətindəki problemlərlə əlaqədar Təcili Tibbi Yardım briqadası dəvət edilib. Onlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hazırda müayinə və müalicələri davam etdirilir. Ailənin vəziyyəti Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının diqqətindədir”, - deyə qurumdan bildirilib.

16:28

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində milliyyətcə rus olan 60 yaşlı Azərbaycan vətəndaşı 10 ildir xəstə oğlu ilə birlikdə baxımsız vəziyyətdə olan daxmada yaşayır. 

Yelena adlı xanımın 40 yaşlı oğlu xəstəliklə əlaqədar köməksiz qalıb və hərəkət edə bilmir. Onların bu illər ərzində evsiz qalma səbəbi isə Yelenanın bacısının onları evdən qovması olub. Həmin şəxs daha sonra evi satıb.

Onlar küçəyə atıldıqdan sonra Hövsana gələrək bu uçuq tikilidə məskunlaşıblar. Məsələnin ironiyalı tərəfi odur ki, onlar işığı, qazı, suyu - bir sözlə heç bir şəraiti olmayan daxmada kirayə qalırlar və uzun müddətdir tikilinin sahibi onlardan buranı tərk etmələrini tələb edir. Lakin ailənin getməyə başqa yeri yoxdur.

Yaşlı ananın sözlərinə görə, onlar dilənərək dolanırlar, bəzən də qonşular köməklərinə çatırlar. Amma Yelena artıq bu həyatdan bezib. Onun hazırda yeganə istəyi yeməyə isti çörək və yaşamaq üçün suyu, qazı olan kiçik bir evdir. 

Ailə aidiyyəti qurumların onlara əl tutmasını xahiş edir. 

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri