17 
Yan
2023
22:11
11
161
1969
Virtual karabakh

Qazaxda mikroavtobus minik maşını ilə toqquşdu: Xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

17 Yan, 2023
22:11
1969

Qazaxda mikroavtobus minik maşını ilə toqquşdu: Xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.

“Report”un məlumatına görə, Qazax rayon Kəmərli kənd ərazisində “QAZel” markalı mikroavtobus minik avtomobilinin anidən qarşısına çıxması səbəbindən idarəetmədən çıxıb və yol kənarındakı arxa düşüb.

Qəza nəticəsində 7 nəfər - Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002) xəsarət alıb.

Onlar Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

21:33

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Hərəkətdə olan kiçik tutumlu sərnişin avtobusu ilə minik maşını toqquşub.

Qəza zamanı beş nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri