18 
Yan
2023
10:52
6
57
695
Virtual karabakh

Lənkəranın Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi aktivləşib - FOTO

18 Yan, 2023
10:52
695

Lənkəranın Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi aktivləşib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Cənub bölgəsində havanın qarlı və yağıntılı keçməsi Lənkəranın dağ kəndlərinə gedən yollarda torpaq sürüşməsini aktivləşdirib.

AZƏRTAC xəbər verir ki, Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun bir neçə hissəsində torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Sürüşmənin aktiv olan ərazisində yolun bir hissəsi tamamilə çöküb.

Yerli əhali bildirir ki, payız aylarından yağan leysan xarakterli yağışlardan sonra adıçəkilən yolda sürüşmələr tez-tez müşahidə olunur. 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər yolundakı torpaq sürüşmələri bir neçə aydır ki, nəqliyyatın hərəkətinə də çətinlik yaradır.

Çökmə nəticəsində təxminən 1,5 metr enində, 15 metr uzunluğunda yarğanlar yaranıb, qoruyucu baryerlər yararsız hala düşüb. Bu da hər an yeni uçqunları qaçılmaz edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 avqust tarixli Sərəncamına əsasən, Lənkəran rayonunun 7 400 nəfər əhalinin yaşadığı yeddi yaşayış məntəqəsini əhatə edən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisinə 9,1 milyon manat vəsait ayrılıb və inşaat işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilib.

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, aidiyyəti qurumların nümayəndələri ilə əraziyə baxış keçirilib və sürüşmənin qarşısının alınması, yolun təmiri üçün layihə təqdim olunub. Layihə təsdiqlənən kimi işlərə başlanılacaq. Hazırda isə yolda sürüşmənin genişlənməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri