18 
Yan
2023
14:00
16
126
2306
yuxarı
Yolda uzanan şəxsi vuraraq qaçan sürücü saxlanıldı
18 Yan, 2023
14:00
2306
16
126
Yolda uzanan şəxsi vuraraq qaçan sürücü saxlanıldı
Salyanda yolun üzərində uzanan şəxsi vuraraq qaçan sürücü saxlanılıb.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 16-da saat 23 radələrində Salyan şəhəri ərazisində şəhər sakini Yaşar Novruzov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
26 
Yan
2023
23:28
Bəzi süd məhsullarının qiymətinin kəskin bahalaşmasının səbəbi nədir? - AÇIQLAMA
11
221
2454
26 
Yan
2023
23:00
Dünya erməni yalanlarının növbəti dəfə şahidi oldu - Xəbərlərin 23:00 buraxılışı
16
55
974
26 
Yan
2023
22:15
“Facebook”da paylaşdığı şəkillərlə şantaj olunan qız fəryad etdi - VİDEO
20
139
2894