24 
Mar
2015
12:35
58
216
31179
Virtual karabakh

Azərbaycanda 18 yaşlı qızı 10 nəfər qaçırdı - FOTO

24 Mar, 2015
12:35
31179

Azərbaycanda 18 yaşlı qızı 10 nəfər qaçırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qonşuları onlara mane olmaq istəsələr də, buna nail ola bilməyiblər.

Gədəbəydə görünməmiş qız qaçırma hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, bu barədə qaçırılan qızın atası Füzuli Aslanov ANS PRESS-ə məlumat verib. Hadisə rayonun Qurudərə kəndində qeydə alınıb. 

Füzuli Aslanovun sözlərinə görə, axşam saatlarında 10 nəfər evlərinə basqın edib. Evə girən şəxslər ailənin yaşlı sakinlərini döyüb və 18 yaşı tamam olmayan qızı Aytəkin Aslanovanı qaçırıblar. Qonşuları onlara mane olmaq istəsələr də, buna nail olmayıblar.

Füzuli Aslanov bildirib ki, hadisə baş verən zaman evdə olmayıb. Hadisə barədə polisə məlumat verilib.

Gədəbəy rayon polis şöbəsinin müstəntiqi Şair Rzayev ANS PRESS-ə bildirib ki, hadisə ilə bağlı artıq araşdırmalara başlanılıb.

“Araşdırmalar zamanı məlum olub ki, qızı Vüsal adlı şəxs evlənmək məqsədilə qaçırıb. Hələlik həmin şəxslə danışmaq mümkün olmayıb. Hadisə araşdırılır”, - deyə Şair Rzayev bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri