18 
Yan
2023
15:48
207
32
2673
Virtual karabakh

Dünya şöhrətli aşpaz Şuşada master-klas keçib, hazırladığı milli yeməyə “Şuşalı” adını verib - FOTO/VİDEO

18 Yan, 2023
15:48
2673

Dünya şöhrətli aşpaz Şuşada master-klas keçib, hazırladığı milli yeməyə “Şuşalı” adını verib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə dünya şöhrətli aşpaz Tomas Quqler “Qarabağ” hotelində master-klas keçib və milli yemək bişirib.

APA-nın yerli bürosunun məlumatına görə, aşpaz yeni bişirdiyi yeməyə “Şuşalı” adını verib.

“Mən, əsasən, Azərbaycan xalqından ilham alıram. Məndən soruşanda ki ustad dərsi necə olmalıdır, mən dedim ki, stola, sadəcə olaraq, Azərbaycan biomüxtəlifliyi olan inqrediyentlərdən qoyarsınız, mən gəlib buradakı təbiətdən ilham alıb, özüm bir resept hazırlayacağam.

“Gördüyünüz balıq, toyuğun xırçıldayan hissəsi və Azərbaycan meyvələri - ərik, üzüm, bibər və tərəvəzlərdən ibarət “Şuşalı” adında kreativ yemək hazırladıq. Bu, mənim üçün sadəcə, bir prosesdir. Bu, sadəcə, bişirmə texnikasından ibarətdir. Modern bir texnikadır və bu, normaldır. Mən boşqablarda bir incəsənət əsəri yaradıram. Yeməyin görünüşü və bişirmə texnikası məhsulları qədər vacibdir”, - Tomas Quqler vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri