19 
Yan
2023
16:02
263
32
5428
Virtual karabakh

Vaxtanq Kikabidze dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

19 Yan, 2023
16:02
5428

Vaxtanq Kikabidze dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış gürcü aktyor, müğənni və bəstəkar Vaxtanq (Buba) Kikabidze dəfn edilib. 

Tbilisidəki Böyük Konsert Zalında keçirilən vida mərasimindən sonra onun Gürcüstan və Ukrayna bayraqlarına bürünmüş tabutu son mənzilə yola salınıb.

Vida mərasimində Gürcüstanın ictimai-siyasi xadimləri, aktyorun sənət yoldaşları, xarici ölkələrin diplomatları iştirak ediblər.

V.Kikabidzenin dəfni ilə əlaqədar Tbilisinin mərkəzində avtomobillərin hərəkəti dayandırılıb.

13:58

Gürcüstanın paytaxtı Tbilisidə əfsanəvi gürcü aktyoru, müğənni, rejissor, Ukraynanın Əməkdar artisti Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir.

Rustaveli prospektindəki Kaşveti kilsəsində keçirilən mərasimdə əfsanəvi aktyorla vidalaşanlar arasında Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, həmçinin ölkəmizin Gürcüstandakı səfiri və konsulu var.

Tədbirlə bağlı yayılan kadrlarda səhnənin mərkəzində fəxri yerdə Azərbaycan hökuməti və xalqı adından göndərilən əklil diqqət çəkir.

Qeyd edək ki, Vaxtanq Kikabidze Azərbaycanı çox sevib. O dəfələrlə deyib ki, əgər Tbilisi olmasaydı yaşamaq üçün Bakını seçərdi. Bu, onun Azərbaycana və onun xalqına sevgi etirafı idi.

Xatırladaq ki, Kikabidze yanvarın 15-də Tbilisidə 84 yaşında vəfat edib

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri