19 
Yan
2023
21:12
28
194
4344
Virtual karabakh

Binə qəsəbəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

19 Yan, 2023
21:12
4344

Binə qəsəbəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın nəticəsində ümumi sahəsi 1200 kvadratmetr olan anbarın içərisində olan plastik yeşiklər, karton və taxta taralar 300 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan anbarın metal konstruksiyadan ibarət dam örtüyü 700 kvadratmetr sahədə deformasiyaya uğrayıb.

Anbarın qalan hissəsi və ona bitişik karton istehsalı sexi yanğından mühafizə olunub.

18:11

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

17:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Qurumdan Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri