20 
Yan
2023
14:51
78
15
1759
Virtual karabakh

Meşəlikdə tapdığı narkotik başına bəla oldu - FOTO

20 Yan, 2023
14:51
1759

Meşəlikdə tapdığı narkotik başına bəla oldu - FOTO

Daşkəsəndə narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini R.Abdullayev şöbəyə gətirilib. 

Onun üzərlərinə baxış keçirilən zaman yarım kiloqram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, R.Abdullayev ifadəsində Gəncədən Daşkəsənə istirahətə gedən zaman narkotik vasitəni oradakı meşəlikdə gördüyünü və daha sonra onu yığmaq üçün həmin əraziyə qayıtdığını bildirib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri