20 
Yan
2023
20:17
76
301
3285
Virtual karabakh

Zərdabda qaz xətti yaxınlığında qəsdən yanğın törədən şəxs saxlanılıb - YENİLƏNİB + VİDEO

20 Yan, 2023
20:17
3285

Zərdabda qaz xətti yaxınlığında qəsdən yanğın törədən şəxs saxlanılıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə yayımlanan bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülərlə bağlı açıqlama verilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır.

17:12

Zərdab rayon sakini yaxınlığından qaz xətti keçən kolluq ərazini bilərəkdən yandırıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntünü şəxs özünün “TikTok” hesabında paylaşıb. 

İzləyicilər ona törətdiyi əmələ görə cərimə olunacağını və ətraf üçün təhlükəli vəziyyət yaratdığını bildirsələr də, sözügedən şəxs xəbərdarlıqlara məhəl qoymayıb. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri