23 
Yan
2023
22:08
57
231
7495
Virtual karabakh

Bakıda restorana qapıdan girib, pəncərədən çıxan şəxslərin kimliyi müəyyən edildi - ANBAAN VİDEO

23 Yan, 2023
22:08
7495

Bakıda restorana qapıdan girib, pəncərədən çıxan şəxslərin kimliyi müəyyən edildi - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ailə restorana qapıdan girib, pəncərədən çıxdı.

Oxu.Az xəbər verir ki, misli görünməmiş hadisə paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə yanlarında azyaşlı olan kişi və qadının restorana girməsi və bir müddət sonra pəncərədən çıxaraq qaçmaları əks olunub.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə obyektinə çevrilib. İlkin məlumata görə, restoran sahibi faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Bakıda restoranda yeyib-içib pəncərədən qaçan ailənin kimliyi məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov cavab verib.

O bildirib ki, görüntülərdəki şəxslər müəyyən edilərək Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət ediliblər:

“Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 50 manat məbləğində cərimələniblər. Eyni zamanda, həmin şəxslər restorana vurduqları ziyanı da ödəyiblər”.

Qeyd edək ki, hadisənin əks olunduğu görüntülər bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri