24 
Yan
2023
17:32
113
31
1208
yuxarı
Naxçıvanda qanunsuz silahlar götürülüb - FOTO
24 Yan, 2023
17:32
1208
113
31
Naxçıvanda qanunsuz silahlar götürülüb - FOTO
Naxçıvan Muxtar Respublikası daxili işlər orqanları əhalidə qanunsuz saxlanılan odlu silahların müəyyənləşdirilərək götürülməsi sahəsində təxirəsalınmaz tədbirlər görür.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu tədbirlərin davamı olaraq Culfa RPŞ-in əməkdaşları Culfa Rayon Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd JP-18 markalı 28 mm-lik ov tüfəngi, Kəngərli RPŞ-in əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabdin oğlundan 1 ədəd Teksan-S-870 markalı 16 mm-lik ov tüfəngi və Şahbuz RPŞ-in əməkdaşları Şahbuz Rayon Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan F-99 markalı qaz tapançası aşkarlayaraq götürüblər.
Faktlarla bağlı daxili işlər orqanlarının aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək