24 
Yan
2023
22:01
315
14
1176
Virtual karabakh

Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır - FOTO

24 Yan, 2023
22:01
1176

Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır - FOTO

Naxçıvan məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” guşələri yaradılır.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində “Şəhidlər unudulmur” və “Zəfər tariximiz” adlı guşlərin yaradılması nəzərdə tutulub.

Artıq hər iki guşənin ilkin layihələri hazırlanıb. Məqsəd Vətən Müharibəsində qazandığımız tarixi qələbəni, qəhrəman Ordumuzun zəfər yolunu təbliğ etmək, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək, məktəblilərdə hərbi vətənpərvərlik ruhunun yüksədilməsinə xidmətdir.

Nazirlikdən bildirilib ki, layihə təsdiqləndikdən sonra ümumtəhsil məktəblərinin foyesində sözügedən guşələr yaradılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri