27 
Mar
2015
12:12
35
231
17213
Virtual karabakh

Tovuzda qaçırılıb zorlanan qız özünü öldürmək istədi

27 Mar, 2015
12:12
17213

Tovuzda qaçırılıb zorlanan qız özünü öldürmək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yayılmış şayiələrə görə, tələbə qız əxlaqsızdır və bir çox oğlanla görüşür.

Tovuz rayonunun Əyyublu qəsəbəsində seksual xarakterli hərəkətlərə məruz qalan 20 yaşlı tələbə qız G.K (Qızın qohumları adının açıqlamasını istəmədi) bu gecə özünü öldürmək istəyib. 

Oxu.Az xəbər verir ki, bu barədə qızın qohumları ANS PRESS-ə məlumat veriblər.

Verilən məlumata görə, səhər saat 5 radələrində tələbə qız haqqında yayılan şayiələrlə əlaqədar intihara cəhd edib. Qız dərman içib. Onu huşsuz halda tapan valideynləri dərhal həkim çağırıblar.

Qızı huşsuz vəziyyətdə xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Qızın intihar etmək istəməsinə kənddə onun barəsində əxlaqsız olması barədə şayiələrin yayılması səbəb olub.

Belə ki, qıza qarşı zorakılıq və seksual hərəkətlər edənlər sonradan kənddə söz-söhbət yayıblar ki, guya o, yüngül əxlaqlıdır. Yayılmış şayiələrə görə, tələbə qız əxlaqsızdır və bir çox oğlanla görüşür.

Qızın qohumları bildiriblər ki, bu söz-söhbətlər əsassızdır. Çünki tələbə qız tibbi müayinədən keçib və onun bakirə olduğu məlum olub. Qızın qohumları hadisədən sonra şikayət edilməsinə baxmayaraq, hələ də günahkarların cəzasız qalmasından narahatdırlar.

Şikayətçilər bildiriblər ki, bu məsələ ilə əlaqədar rayon prokurorluğunda müstəntiqlərdən biri işə ədalətli baxılmasına mane olub. Qızın qohumları bildiriblər ki, həmin müstəntiq işə baxan həmkarı Tovuz rayon polis idarəsinin müstəntiqi Namiq Kazımova təzyiq göstərir.

Qızın qohumları bildiriblər ki, işə ədalətlə baxılmadığı üçün rayon Prokurorluğunun qarşısında etiraz aksiyası keçirəcəklər.

Məsələ ilə əlaqədar Tovuz rayon polis idarəsinin müstəntiqi Kazımov Namiq səslənən ittihamların doğru olmadığını bildirdi. Onun sözlərinə görə, bu məsələ hazırda araşdırılır.

“Qızın valideynləri narahatdırlar. Bu təbii haldır. Onlara elə gəlir ki, məsələ araşdırılmır. Hazırda istintaq gedir. Hadisəni törətməkdə günahlandırılanlar dindirilir. İstintaqın yekununda günahkarlar mütləq cəzasına çatacaq".

Müstəntiqin sözlərinə görə, faktla bağlı cinayət işi açlılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri