25 
Yan
2023
17:42
20
860
15407
Virtual karabakh

İntihar edən əsgərimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

25 Yan, 2023
17:42
15407

İntihar edən əsgərimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun intihar edən əsgəri Salahov Əkram Asim oğlu dəfn olunub. 

Lent.az xəbər verir ki, o, bu gün Ağstafa rayonunun Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.  

Qeyd edək ki, Ə.Salahov altı ayın əsgəri olub.

11:03

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun 24 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Oxu.Az-ın məlumatına görə, Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri