25 
Yan
2023
19:08
269
37
7472
Virtual karabakh

“Aztelekom”un rəhbəri dəyişib - YENİLƏNİB + FOTO

25 Yan, 2023
19:08
7472

“Aztelekom”un rəhbəri dəyişib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aztelekom” MMC-nin baş direktoru vəzifəsində dəyişiklik olub

Oxu.Az xəbər verir ki, “Aztelekom” MMC-nin baş direktoru Klaus Mueller şəxsi səbəbləri ilə əlaqədar olaraq işdən ayrılmağa qərar verib. Onun “Aztelekom” MMC-yə rəhbərlik etdiyi müddət ərzində şirkətin texniki və IT infrastruktur yenilənməsi, genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm layihələrə start verilib. Bu layihələrdən ən əhəmiyyətlisi isə ucqar regionlar da daxil olmaqla ölkə müxtəlif yerlərində çox sayda ev təsərrüfatı üçün fiber-optik internet şəbəkəsinin qurulması olub. 

Eyni zamanda Klaus Muellerin rəhbərliyi altında həyata keçirilən korporativ idarəetmə islahatlarının müsbət nəticəsi olaraq, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankının kreditorların qiymətləndirilməsinə dair mürəkkəb hüquqi ekspertiza prosesindən uğurla keçib və ötən il dekabrın 22-də AYİB-dən dövlət zəmanəti olmadan 85 milyon AZN  dəyərində kredit almağa nail olub. 

Qeyd edək ki, hazırda “Aztelekom” MMC-in baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Elçin Niyazova həvalə edilib.  Biznesin inkişafı sahəsində geniş təcrübəyə sahib Elçin Niyazov uzun illər müxtəlif dövlət və özəl şirkətlərdə rəhbər vəzifələri icra edib. O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.  Həmçinin, Elçin Niyazov 1-ci “Yüksəliş” müsabiqəsinin finalçılarındən biri olub.

11:58

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.

“Report” un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.

O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (“Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.

1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

Qeyd edək ki, “Aztelekom” MMC-nin Baş direktoru Klaus Müllerin vəzifəsindən azad edilməsi barədə ilk xəbəri Oxu.Az yazıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri