25 
Yan
2023
13:08
52
169
3729
Virtual karabakh

Bakıda qadın marketdən on günə 24 kq yağ oğurladı

25 Yan, 2023
13:08
3729

Bakıda qadın marketdən on günə 24 kq yağ oğurladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda supermarketdən yağ oğurlayan qadın tutulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən supermarketlərdən birində baş verib.

Kamera görüntülərinə əsasən, yanvarın 12-dən 22-dək olan müddətdə vitrindən 24 kiloqram kərə yağının oğurlanması aşkarlanıb və oğurluq edən qadın izlənilib. Yanvarın 22-də həmin qadın yenidən marketdən iki kiloqramlıq kərə yağını oğurlayıb apararkən saxlanılıb.

İlkin araşdırma zamanı həmin qadının Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü N.Abbasova olması müəyyən edilib. O, ərazi üzrə 26-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri