25 
Yan
2023
14:16
16
145
3497
Virtual karabakh

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?

25 Yan, 2023
14:16
3497

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 27 yaşlı qadının həyat yoldaşını baltalaması hadisəsinin təfərrüatı üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə baş verən gün 1987-ci il təvəllüdlü Ceyhun İmaşov həyat yoldaşı Lalə İmaşovanı döyüb.

Belə ki, qısqanclıq zəminində evdə arabir mübahisələr yaradan Ceyhun səhər saatlarında arvadına xəsarətlər yetirib. Bu zaman Lalə həyətdə əlinə keçən baltanı götürüb və ərinin baş nahiyəsinə bir dəfə ağır zərbə endirib.

C.İmaşov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ərini yaralayan L.İmaşova tutulub və barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, cütlüyün iki övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri