25 
Yan
2023
12:13
92
86
3378
Virtual karabakh

Bakıda gecə üç dərəcə şaxta gözlənilir - HAVA PROQNOZU - VİDEO

25 Yan, 2023
12:13
3378

Bakıda gecə üç dərəcə şaxta gözlənilir - HAVA PROQNOZU - VİDEO

Azərbaycan ərazisində yanvarın 26-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, 773 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri