25 
Yan
2023
13:40
60
16
1823
Virtual karabakh

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti təxirə salınır

25 Yan, 2023
13:40
1823

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti təxirə salınır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti 2024-cü il yanvarın 1-dək təxirə salınır.

“Report” xəbər verir ki, bu məsələnin yer aldığı “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri