25 
Yan
2023
23:05
26
171
3313
Virtual karabakh

Şəkidə arvadını bıçaqlayan ər daha sonra özünə xəsarət yetirib - YENİLƏNİB

25 Yan, 2023
23:05
3313

Şəkidə arvadını bıçaqlayan ər daha sonra özünə xəsarət yetirib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə bıçaqlanma hadisənin bəzi təfərrüatı məlum olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şəki şəhər sakinləri olan Xaqani Nuriyev və arvadı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.

Mübahisə zamanı X.Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla cüzi xəsarət yetirib.

Daha sonra isə özünə xəsarət yetirib. Məsələ ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb, hər iki şəxsdə xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə - tibbi ekspertizası təyin olunacaq.

İlhamə Əbülfət 

22:50

Şəkidə bıçaqlanma hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ailə münaqişəsi zəmnində ər və arvad bir-birinə bıçaqla xəsarət yetiriblər.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ərin üzərində cərrahi əməliyyat aparılıb.

Qadının xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri