26 
Yan
2023
01:31
8
128
1990
Virtual karabakh

Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

26 Yan, 2023
01:31
1990

Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol “Toyota Camry” və “Chrysler” markalı minik avtomobilləri toqquşub.

“Chrysler” markalı avtomobilin sürücüsü zərbə nəticəsində idarəetməni itirərək maşını təxminən 100-150 metr qabağa apararaq işıq dirəyinə çırparaq dayanıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Güləliyeva Aynur Ramiz qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri