26 
Yan
2023
14:16
8
190
2947
Virtual karabakh

Küçədə kişinin boynunu kəsib telefonunu aldı

26 Yan, 2023
14:16
2947

Küçədə kişinin boynunu kəsib telefonunu aldı

Zaqatalada quldurluq hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 22-də saat 23 radələrində rayonun Çobankol kənd sakini Natiq Əzizov küçədə həmkəndlisi Qurban Qurbanova hücum edib. O, Qurbanovdan mobil telefonunu verməsini tələb edib və silah qismində istifadə etdiyi əşyanın kəsici tərəfi ilə onun boynunu kəsərək üzərindəki 500 manat dəyəri olan “Samsung A32” markalı mobil telefonunu götürüb.

Faktla bağlı Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə iş başlanılıb. Natiq Əzizov həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri