26 
Yan
2023
12:52
198
7
1441
Virtual karabakh

Daşaltı şəhidlərinin məzarı ziyarət olunub - FOTO

26 Yan, 2023
12:52
1441

Daşaltı şəhidlərinin məzarı ziyarət olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşaltı əməliyyatının 31-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub.

“Report” xəbər verir ki, müharibə veteranları, Daşaltı əməliyyatında şəhid olanların yaxınları və məktəblilər 1992-ci il yanvarın 25-26-da Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan hərbçilərin məzarlarını ziyarət ediblər.

Şəhidlərin ruhuna dualar oxunub, xatirələri yad olunub.

Daşaltı şəhidi Elman Camalovun qohumu Sevda Fətullayevanın sözlərinə görə, E.Camalov müharibəyə könüllü gedib:

“Elman çox vətənpərvər idi, vətənini sevirdi. 44 günlük Vətən müharibəsinə qədər hər ilin bu günü ürəyimdə qəribə bir nisgil yaranırdı. Amma zəfər qazanılanda, Şuşamız azad ediləndə sanki rahatlıq tapdım. Elman mənə öz qardaşım qədər doğma idi. Bu gün daha rahatam ona görə ki, həm Elmanın, həm də onun kimi şəhid olan digər oğulların qisası alındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 31 il ötür. Əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri