28 
Yan
2023
15:30
7
98
1789
Virtual karabakh

Bəzi şirkətlərin etdiyi tibbi səyahət sığortası niyə xaricdə işə yaramır? - AÇIQLAMA + FOTO

28 Yan, 2023
15:30
1789

Bəzi şirkətlərin etdiyi tibbi səyahət sığortası niyə xaricdə işə yaramır? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün hər bir ölkənin turistlərə viza vermək üçün tələb etdiyi müəyyən sənədlər var. Bunlardan biri də tibbi səyahət sığortasıdır. Əsasən, Şengen ərazisi hesab edilən ölkələrin tələb etdiyi bu sənədin verilmə şərtləri isə Azərbaycanda sığorta şirkətindən asılı olaraq dəyişir. Məsələn, beş ay keçərli 30 min avroluq sığorta kağızını bir sığorta şirkəti 400 manata hazırlayırsa, digəri bunu 60 manata sizə təqdim edə bilir. Lakin bir çox hallarda siz ucuz əldə etdiyiniz sığorta paketindən səyahət etdiyiniz ölkədə başınıza hansısa hadisə gəldikdə faydalana bilmirsiniz. 

Maraqlıdır, bəzi sığorta şirkətlərinin etdiyi sığorta xaricdə niyə işimizə yaramır?

Mövcud durumu Oxu.Az-a şərh edən sığorta üzrə ekspert İlkin İbrahimov ilk olaraq ölkəmizdə səyahət sığortasının məcburi xarakter daşımamasından söz açıb:

“Bizdə, demək olar ki, əksər sığortalarımız ölkə daxilində istifadə üçün nəzərdə tutulub. Xaricdə işləyən sığorta növlərimizdən biri yaşıl kartlı avtomobillərlə bağlıdır. Bu istiqamətdə 44 ölkə ilə müqaviləmiz var. Əgər siz avtomobilinizi burada sığortalayırsınızsa, həmin 44 ölkəyə gedəndə orada sığorta tələb olunmur. Digər xaricdə işləyən sığorta növü səyahət və logistika ilə bağlıdır. Bunlar da sığorta müqavilələri əsasında verilir”.

Ekspertin sözlərinə görə, səyahət sığortası ilə bağlı sığorta şəhadətnaməsində hansı təkliflər əks olunursa, onların hamısı işləkliyini qoruyur:

“Onunla bağlı heç bir problem ola bilməz, əgər sığorta istifadəsində problem varsa, şəxs mütləq məhkəməyə müraciət etməlidir. Elə ölkələr var ki, səyahət sığortası məcburidir. Səfirlikdə müsahibə verərkən sizin sığortanızın olub-olmadığını yoxlayırlar. Belə ölkələr, əsasən, Avropa Birliyi ölkələridir. Eyni zamanda ABŞ də buraya daxildir. Səyahət sığortasının qiyməti isə orada təklif edilən xidmətlərdən asılıdır. Əgər siz daha çox xidmətdən faydalanırsınızsa, onun qiyməti daha yuxarı olur. Xidmətlərlə bağlı müqaviləmizə baxmalıyıq. Həmin müqavilədə nəyin təmin olunduğuna, sığorta kompensasiyamızın nə qədər olduğuna diqqət yetirməliyik”.

Müsahibimiz qeyd edib ki, daha çox məbləğə verilən sığorta müqavilələrində daha çox təminat almaq təbiidir:

“Bu da o deməkdir ki, siz məbləğdən asılı olaraq sığortanı ya formal alırsınız, ya da həyatınızı düşünüb onu hərtərəfli edirsiniz, ikinci bir qədər baha başa gəlir. Ancaq hər iki sığorta şəhadətnaməsindən yararlanmaq mümkündür. Həmin sığorta şəhadətnaməsinin arxasında hər bir ölkə üzrə telefon nömrələri qeyd olunur. Sığorta təminatlarına daxil olan sığorta hadisələri ilə üzləşdikdə vətəndaş birinci o nömrəyə zəng edib məlumat verir. Məlumatdan sonra şirkət ya proseslə bağlı göndəriş edir, ya da vətəndaşdan xidməti ödənişli icra etdirməsini istəyərək geri qayıtdıqda həmin xidmətlə bağlı qəbzləri özü ilə gətirməsini söyləyir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri