28 
Yan
2023
12:31
24
172
4498
Virtual karabakh

Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir - FOTO/VİDEO

28 Yan, 2023
12:31
4498

Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.

Yas mərasimi mərhumun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub.

Mərasim üçün çadırlar qurulub.

O.Əsgərovun ata evi Gəncədə olsa da, o, İkinci Şəhidlər xiyabanında dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.

Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

PhotoStock.az-ın Orxan Əsgərovun yas mərasimindən hazırladığı fotoları təqdim edirik:

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri