28 
Yan
2023
17:26
12
200
1144
yuxarı
Goranboyda minik və yük maşınları toqquşub, 4 nəfər xəsarət alıb
28 Yan, 2023
17:26
1144
12
200
Goranboyda minik və yük maşınları toqquşub, 4 nəfər xəsarət alıb
Bakı-Qazax magistral yolunun 310-cu kilometrliyində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, magistral yolun Goranboy rayonu ərazisindən keçən hissəsində 1985-ci il təvəllüdlü M.İsmayılovun idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə Mingəçevir şəhər sakini, 1948-ci il təvəllüdlü M.Həsənovun idarə etdiyi VAZ-2106 markalı avtomobil toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan 1973-cü il təvəllüdlü T.Dursunova, 1995-ci il təvəllüdlü G.Dursunova, 1953-cü il təvəllüdlü A.Həsənova və 1980-ci il təvəllüdlü Y.Həsənova xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək